1 Ağustos 2007 Çarşamba

Ekinçi Kenin Tapmacası

Salam əziz uşağlar,

Lap əvvəldə sizdən uzun müddət olmadığımıza göre üzürlər istəyirik.

Sizə bu həftə bir nağıl hazırlamışıq adıda “Əkinçi Kenin Tapmacası”dır:

Əkinçi Kenin Tapmacası (Səslı Nağıl (MP3) سسلی ناغيل)


Uşağlar bu nağıl bir tapmacadır. Sizdən istəyirik ki nağıl başa çatmadan siz bu tapmacanın cavabını tapasınız.

Mən bir əkinçiyəm və adım Ken dır. Mənim bir pişiyim, bir kisə buğdam, və bir dənədə ac xoruzum var…

Mən istəyirəm ki çayın obiri tayına gedim, amma bir balaca qayığım var və o qayiqnan ancaq onların birini apara bilərəm.

Əgər pişiknən xoruz qalsa, əvvəl buğdanı aparsam, onda mənim bu balaca xoruzumu pişik yeyəcək!

Əgər əvvəl pişiyi aparsam, xoruznan buğdalar qalsa, onda xoruz buğdalari yeyəcək!

Bir baxıram pişiyimə, buğda kisəmə və xoruzuma. Gərək onları bir bir aparam. Amma…

Amma kim əvvəl getsin? Bilmirəm! Bəs mən neyleyim?

Uşağlar siz Ken ə kömək edə bilərsiniz? Baxın gorun ne edim:

Mən qərar qoydum əvvəl xoruzu aparım çayın o tayına. Onu keçirtdim çayın o tayına gəldim.

İndi hansını aparım? Yenədə bilmirəm! Bəs mən ne edim?

Bu dəfə pişiyi çayın obiri tayına apardım. Amma pişik xoruzu yeyər və mən qalaram pis günə!


Yox olmadı, onda əvvəldən başlayım pişiyi, buğda kisəsin və xoruzu çaydan keçirdim.

Bu dəfə əvvəl pişiyi apararam çayın o tayına. Yox, yox, yenədə olmaz.

Onda xoruz buğdanı yeyər yazıq olaram.

Oda olmadı, birdə əvvəldən gərək pişiyi, buğda kisəsin və xoruzu keçirdim çayın o tayına.


Bu dəfə əvvəl xoruzu çaydan keçirdərəm. Uşağlar mənə kömək edin indi kimi aparım?

İkinci pişiyi aparıram və sonra…

Bəli sonra xoruzu götürüb gəlirəm buğda kisəsinin yanına.

Gəlib bu tayda buğda kisəsin götürüb xoruzu qayıqdan düşürdürəm yerə.

Buğdanı aparıb pişiyin yanına düşürdüb gəlirəm xoruzuda aparıram onların yanına.

Heyyyyyyyyy, sonunda tapdığ tapmacanın cavabını!!!!!!!!!!

Uşağlar sızdə Ken ə komək etdiniz ya yox?

Son


Qaynaq: http://pbskids.org/lions/farmer/story8.html

4 Nisan 2007 Çarşamba

Kömek

Salam uşağlar,
Bu həftənin nağılı kömək dır:

Kömək (Səslı Nağıl - سسلی ناغيل)

Geçmiş zamanlarda bir balaca qırmızı toyuq var idi və o bir fermada yaşayırdı. O toyuğun yoldaşları bir balaca qara it, bir yekə narıncı pişik, və bir balaca sarı qaz idi.


Bir ğün, qırmızı toyuq bir neçə buğda dəni tapdı. O özü özunə fikirləşdi “Mən bu buğdalardan çörək bişirə bilərəm”.



Balaca qırmızı toyuq yoldaşlarına dedi: “Kim mənə kömək edəcək bu buğdaları əkim?”
Balaca qara it dedi: “Mənki yox!”
Yekə narıncı pişik dedi: “Mənki yox!”
Balaca sarı qazda dedi: “Məndə yox!”
Onları eşidib balaca qırmızı toyuq dedi: “Onda özüm əkəcəyəm”
Onu deyib və kimsədən kömək almamış toyuq özü buğdaları əkdi.



Eləki buğdalar yetişdi qırmızı toyuq soruşdu: “Kim mənə kömək edəcək bu buğdaları biçim?”
Qara it dedi: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qazda dedi: “Məndə yox!”
Qırmızı toyuq dedi: “Onda özüm onları biçərəm!” Onu dedi və özü tək buğdaları biçdi, heç kimdəndə kömək almadı.



Toyuq daha yorulmuşdu və soruşdu: “Kim mənə kömək edəcək buğdaları dəyirmana aparim və onları dartım un eləyim?”
Qara it dedı: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qaz dedi: “Məndə yox!”
Yorğun toyuq dedi: “Onda onuda özüm edərəm!” Onu dedi və buğdaları apardı dəyirmana və onları dartdı un elədi heç kimden də kömək almadı.




Balaca qırmızı toyuq ki daha çox çox yorulmuşdu, soruşdu: “Kım mənə kömək edəcək çörək bişirım?”
Qara it dedi: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qaz dedi: “Məndə yox!”
Çox çox yorğun olan qırmızı toyuq dedi: “Onda özüm bişirərəm!” Onu dedi və kimsədən kömək almamış çörəkləri bişirdi.



İsti təzə çörəklərin çox yaxşı iyi gəlirdi. Balaca qırmızı toyuq soruşdu, “İndi kim mənə kömək edəcək bu çörəkləri yeyim?”
Qara it dedi: “Mən kömək edəcəm!”
Narıncı pişik dedi: “Mən kömək edəcəm!”
Sarı qaz dedi: “Məndə kömək edəcəm!”
Balaca qırmızı toyuq hirslənərək dedi: “Yox, siz kömək eləmiyəcəksizniz. Onuda mən özüm edəcəm!”
Onu dedi və çörəyi kimsədən kömək almamış özü yedi.

Son


Qaynaq: http://pbskids.org/lions/help/

15 Şubat 2007 Perşembe

Üç Donuz

Salam uşağlar,
Bu həftənin nağılı üç dənə donuzun haqqindadı ki, anaları onlara deyir ki daha o zaman çatib ki siz gedəsiniz öz işlerinizin dalıyca və onları evinden ötürür eşiyə....

Həftə nağılı: üç donuz (
Səslı Nağıl - سسلی ناغيل)




Keçmış günlərdə üç dənə donuz var idi, həmən donuz lar ki anaları onları evdən ötürmüşdı eşiyə. Donuzlar hərəsi bir ev tikdilər ki orda yaşasınlar.

Birinci donuz öz evin samannan tikməyə qərar verdi. O özü özunə dedi: “Samannan olan evi tikmək rahatdır”.

İkinci donuz öz evin ağacdan tikməyə qərar verdi və özü özünə dedi: “Ağacdan olan evi tikmək rahatdır”.

Üçüncü donuz öz evin kərpicdən tikməyə qərar verdi və özü özünə dedi: “Kərpicdən olan evi tikmək çətindir amma o ev çox davamlıdır”.


Günlər geçdi. Günlərin bir günü bir yekə pıs qurd samnnan olan evin qapısını döydü və tutqun səsnən dedi: “Balaca donuz, balaca donuz, aç qapını mən gəlim. “

Balaca donuz qapının dalından səsləndi: “Yox yox, sən içərı gələ bilməzsən. Sənə icazə yoxdur”.

Amma qurdun bu cavabdan xoşu gəlmədi. O dedi : “Onda mən bir huff edərəm birdə puff və sənin evini yıxaram”.

Onu dedi və bir huff elədi bir puff elədi və evi yel apardı!

Birinci balaca donuz qaçdı və özünü yetirdi ikinci balaca donuzun evinə. Yadıvızda olsa o donuzun evi ağacdan tikilmişdi. Amma eləki onlar qapını örtdülər, bir tutqun səs eşitdilər.

“Balaca donuzlar, balaca donuzlar, icazə verin mən gəlim içəri”. O yekə pıs qurdun səsi idi .

Bu dəfə iki balaca donuzlar qapının dalından dedilər: “Yox, yox, sən içəri gələ bilməzsən”.

Bu dəfədə qurdun bu soz xoşuna gəlmədi, o dedi: “Onda məndə bir huff edərəm bir puff və sizin evinizi uçurdaram!”

Yekə pıs qurd bir huff dedi bir puff elədi yenədə evi yel apardı!



İki balaca donuz qaçdılar və üçüncü donuzun evinə getdilər. Bu ev amma kərpicdən tikilmişdir.
Amma eləki onlar qapını bağladılar, elə həmən tanış tutqun səsi eşitdilər.



Qurd dedi : “Balaca donuzlar, balaca donuz lar, icazə verin mən gəlim içəri”.

Bu dəfə üç dənə balaca donuz qapının dalından dedilər: “Yox, yox, sən içəri gələ bilməzsən”.

Amma qurd bu cavabdan daha yorulmuşdu, o dedı: “Onda mən bir huff edərəm bir puff və evinizi yıxaram!”

Onu dedi və qurd bir huff elədi bir puff amma evi yıxa bilmədi! Kərpicdən olan ev çox davamlidır!

Balaca donuzlar çox sevinirdilər, amma yekə pıs qurd çox hirsli idi.

Qurd tutqun səsi ilə dedı: “İndi ki mən sizin evnizi üçurda bilmədim borudan gəlirəm sizi yeyim!”


Qurd borudan düşdü gəlsin aşağı. Amma orda bir şey var idi ki o bilmirdi. Ocağda bır yekə qazan var idi içındə su qaynayirdı .

Qurd borudan aşağı gəlirdi. Ondaki o suya düşdü o ele evə yetişmişdi!

Qurd qışqırdı “Yeeeeeeeeeeow” və borudan qayıddı eşiyə.


Elə oldu ki yekə pıs qurd ki daha huff ve puff etməkdən yorulmuşdu qaçdı. Və ondan sonra üç donuz şadlığla yaşadılar.

Amma onlar hamısı bir dərs öyrəndilər: evini samnnan ya ağacdan tikmə. Mümkündür onun tikməsi rahat ola, amma kərpiçdən olan ev çox davamlı olar!

Son

26 Ocak 2007 Cuma

Böş Guldan

Salam uşağlar,

Bu həftənin nağılı bir Çin ölkəsindən olan oğlanın nağılıdır ki gül və ağac becərtməyi çox sevərdi və ondaki.....

Nağılı yazmamışdan əvvəl, uşağlar, sizə iki xəbərim var. Biri budur ki, Səməd əmi tərçümə edən nağılları İlhamə xalanın səsi ilə dinləyə bilərsiniz. Səyfənin sağ tərəfində “Həftə nağılı” qismətində səsli nağılı eşidə bilərsiniz.
Qabaq həftələrin nağılların eşıtmək üçün nağıl səyfəsinə baxın. İkinci xəbər, üşağlar, sizdən istəyirəmki nağıldan hər nə dərs öyrənsəniz e-mail ya baxış qismətində yazasınız. Lütfən imkanınız olsa e-mailnən oz fotolarınızdan birin göndərin. Hər nağılın sonunda uşağların baxışı və öyrəndiyi dərslər öz fotoları ilə yayınacaq. Amma nağıl:

Boş Güldan (
Səslı nağıl (MP3) سسلی ناغيل )

Çox keçmiş zamanda Çin ölkəsində Ping adında bir oğlan var idi . O gülləri çox sevərdi. O hərnə əksəydi, gül ya ağac, goyərərdi, elə bıl mö`cüzə idi!

O ölkədə hamı gülləri sevərdi və hər yerdə güllərin iyi havanı ətirləndirirdi.


O ölkənın padşahıda quşları və heyvanları sevərdi, amma hamıdan çox o gülləri sevərdi və oz baxcasına hər gun gedərdi.

Amma o şah çox qoca idi və istəyirdi ozundən sonraya bir şah seçsin. O bütün uşağlara dedi ki gəlsinlər onun sarayına ,çünki hər üşağa bir məxsus toxum verəcək.

Padşah deyirdi: "Hər kəs bir ildən sonra lap yaxşı gülü gətirsə o məndən sonra şah olacaq".

Bu xəbər ölkənin uşağların çox sevindirdi və üşağlar sevinə sevinə gedirdilər saraya ki padşahdan gül toxumu alsınlar.

Ondaki Ping padşahdan öz toxumun aldı o uşağların hamısından çox sevinirdi. O əmın idi ki o ən gözəl gül göyərdəcək.

Ping bir güldanı yaxşı torpağnan doldurdu və ehtiyatla gül toxumun əkdi. O hər gün ona su verirdi. O dözə bilmirdi ki o toxum göyərsin, boyüsün və bir gözəl gül açsın.
Günlər bir birinin dalıyca geçdilər, amma güldandan bir şey göyərmədi. Ping çox nigaran idi. O bir ayrı yekə güldan tapdı və onu təzə qara torpagnan doldurdu və gül toxumun yeni güldanda əkdi.

İki ayda Ping dözdü, amma yenədə bir xəbər olmadı. Bir il geçdı və toxum göyərmədi.
Yaz gəldi, hamı uşağlar lap yaxşi paltarların geyindilər və getdilər padşahın yanına. Onlar öz gozəl gülləri ilə səhər tezdən saraya gedirdilər ki bəlkə seçilsinlər.

Ping öz boş guldanına görə utanırdı. O özü özunə deyirdi uşağlar ona güləcək, o toxumu əvvəl dəfədən goyərdə bilməyib. Onun ağıllı dostu əlində bir yekə gül gəldi və dedi:




Ping! Sən doğurdan istəmırsən padşahın yanına boş güldannan gedəsən? Sən menim gulum kimi gul goyərdə bimədin?

Ping dedi: "Mən indiyə qədər çox gül becərtmişəm ki sənin gülündəndə gözəl idilər. Ancaq bu toxumdu kı goyərmir".

Pingin atası onun sözün eşidib dedi: "Sən başardığıvı bu toxuma elədin, və sənin elədıklərividə şahın yanına aparmaq üçün yetər".

Ping atasının sözünə baxıb , boş güldanı əlinə alıb və saraya getdi. Padşah bir bir güllərə baxırdı. Nədə gözəl güldülər!

Amma padşah özün tutmuşdu və bır söz demirdi. Hamıdan sonra o Pingin yanına yetişdi. O soruşdu: "Bəs sən niyə boş güldan gətirmisən?"
Ping ağladı və dedi: "Mən sən verən toxumu əkdim və hər gün ona su verdim, amma o goyərmədi. Mən onu bir torpagi yaxşi olan bir güldana qoydum, amma yenədə o göyərmədı! Mən ona bir il baxdım, amma bir şey göyərmədi. Ona görə mən bu gün bir boş güldannan gəlmişəm. Mənim əlimnən gələn bu qədər idi".
Onda ki padşah o sözləri eşitdi, üzü bir gülümsədi. Sonra üzün tutdu hamıya dedi: "Mən o adam ki şah ola bilər tapdım!" O üzün tutdu ayrı uşağlara dedi: "Mən bilmirəm siz bu gullərin toxumun hardan almısınız. O toxumlarki mən sizə vermişdim hamısı bişirilmişdi və onların göyərməsinə imkan yoxdur. Mən Pingin cəsarətini, mənim yanıma düz və boş güldanla gəlməsini çox xoçladım və onun mukafatına bu ölkənin şahlığını verirəm".

Son

Uşağlar, bu nağıldan biz nə öyrənə bilərik?

Qaynaq:
http://pbskids.org/lions/seed/

26 Aralık 2006 Salı

Balaca Yeke Sıçan

Salam uşağlar, mənim adım Səməd Əmidir. Bu sitədə istəyırəm sizə ingiliscə yazılan uşağ nağıllarından tərcümə edim.
Bu hətftənın nağılı: Balaca Yekə Sıçan (Səslı nağıl İlhamə xalanın səsınən (MP3)
سسلی ناغیل ايلهامه خالانين سسينه ن)




Günlərin bir günündə, bir balaca sıçan bir yekə təpənin üstündə gedirdi pendir alsın. Amma o zaman ki o təpənin üstünə yetişdi, təpə sirkələndi. O zaman sıçan qışqırdı: Z. Z. Zəlzələəəəəə!!!

Amma o bir zəlzələ deyildi. Sıçan bir baxdı o yan bu yana gördü heç o təpə dəyilmiş, o bir aslanimiş!
Yekə aslan qalxdı ayağa və sıçanı quyruğundan tutdu.

“Mmmm” aslan dedi : “Nədə yeməli bir tikə, elə şamdan qabaq bir yağlı tikə yemək yapışar”.

Amma balaca sıçan istəmirdi yeyilsin. O istəyirdi o gecə getsin bir böyük pendir gonaqlığına və neçə gün qabaqdanda gonaqlığı gözləyirdi.

Ondaki yekə aslan istədi onu atsın ağzına, sıçan dedi : " Xaish edirəm məni yemə! Sən icazə ver mən gedim, mən də əvəzinə bir gün sənə kömək edərəm”.


Ondaki aslan sıçanın sözünü eşitdi, bir dayandı və ucadan bir qəhqəhə çəkdi. O elə gülməli bir söz idi kı aslan ömründə heç eşitməmişdi.

“Yani nə, sənin kimi bir balaca sıçan istəyir mən yekəlikdə aslana köməkçi olsun??? O çox gülməli bir sözdür!”

Aslan yenədə güldü, o qədər güldüki qarnı ağrıdı. Sonra dedi : “Aaaaaah! O çox gülməli idi”.

Ondaki gülməyi bitdi balaca sıçana dedi :“Baş üstə, indiki sən elə gülməlisən (komık), mən sənə icazə verirəm gedəsən. Amma daha birdə mənim kürəyimdə yerimə”.








Elə onu dedi və balaca sıçanı qoydu yerə və sıçanın qaçmasına baxdı.

Günlərin bir günü, bir il ondan sonra, aslan cəngəllikdə dolanırdı ki birdən bir şey onu çəkdi üstə və ağacdan aslandırdı. O birdənə ovçu toru idi və aslanda o tora duşmuşdür.

O qışqırırdı :“Kömək! Kömək! Bir nəfər mənə tez kömək etsin!”


Təsadüfən balaca sıçanda ordan gedirdi ki aslanın qışqırığın eşitdi.

Sıçan özü özunə dedi : “Elə bil bir nəfər kömək istəyır”, və özun tez ora yetirdi. Göyə bir baxdı və ...

Soruşdu : "Sən həmən aslan dəyilsənki məni yemədin? Ona baxmayaraq ki aslan çətin vəziyyətdə idi, amma balaca sıçanı tanıdı.
O hirsli və vahiməli olaraq dedi : “O mənəm, tez ol, indi sənin şansındı ki mənə kömək edəsən. Qaç və yardımcı gətir”.

Amma balaca sıçan ovçuların ayağlarının səsin eşıdirdi ki yaxınlaşırlar. Sıçan dedi : “Daha yardımcı gətirməyə vaxt yox”. O bir saniyə fikirləşdi döndü bir çiltık çaldı dedi : “Tapmışam, mən səni özüm qurtaracam”.

Aslan dedi : “Nə? Ağlın hara gedip? Necə bir balaca sıçan məni bir yekə tordan qurtara bilər?”

Amma aslan danışa danışa sıçanda çıxdı ağacın üstünə və başladı toru çeynəməyə. Sıçan toru çeyniyə çeyniyə deyirdi indi qurtarar. Ovçularında səsi yaxınlaşırdı...


Birdən torun kəndirləri qırıldı və aslan azad oldu. Aslan qalxdı ayağa və ucadan bir nə'rə çəkdi, ovçular hamısı qorxudan qaçdılar. Eləki ovçular getdilər aslannan sıçan əl ələ verdilər.

Sıçan dedi : “Gördün? Mən sənə demişdim bir gün sənə kömək olaram!”

Aslan dedi :“Mən çox sevinirəmki səni o gün yemədim. Nə yaxcı o gün o söz sənin fikrivə yetişdi tez”.

O gündən sonra, balaca sıçannan aslan yoldaş oldular və hər zaman aslanın kürəyi qaşınseydı balaca sıçan onun kürəyində dolanardı.

Son

Qaynağ: http://pbskids.org/lions/mouse/