26 Aralık 2006 Salı

Balaca Yeke Sıçan

Salam uşağlar, mənim adım Səməd Əmidir. Bu sitədə istəyırəm sizə ingiliscə yazılan uşağ nağıllarından tərcümə edim.
Bu hətftənın nağılı: Balaca Yekə Sıçan (Səslı nağıl İlhamə xalanın səsınən (MP3)
سسلی ناغیل ايلهامه خالانين سسينه ن)




Günlərin bir günündə, bir balaca sıçan bir yekə təpənin üstündə gedirdi pendir alsın. Amma o zaman ki o təpənin üstünə yetişdi, təpə sirkələndi. O zaman sıçan qışqırdı: Z. Z. Zəlzələəəəəə!!!

Amma o bir zəlzələ deyildi. Sıçan bir baxdı o yan bu yana gördü heç o təpə dəyilmiş, o bir aslanimiş!
Yekə aslan qalxdı ayağa və sıçanı quyruğundan tutdu.

“Mmmm” aslan dedi : “Nədə yeməli bir tikə, elə şamdan qabaq bir yağlı tikə yemək yapışar”.

Amma balaca sıçan istəmirdi yeyilsin. O istəyirdi o gecə getsin bir böyük pendir gonaqlığına və neçə gün qabaqdanda gonaqlığı gözləyirdi.

Ondaki yekə aslan istədi onu atsın ağzına, sıçan dedi : " Xaish edirəm məni yemə! Sən icazə ver mən gedim, mən də əvəzinə bir gün sənə kömək edərəm”.


Ondaki aslan sıçanın sözünü eşitdi, bir dayandı və ucadan bir qəhqəhə çəkdi. O elə gülməli bir söz idi kı aslan ömründə heç eşitməmişdi.

“Yani nə, sənin kimi bir balaca sıçan istəyir mən yekəlikdə aslana köməkçi olsun??? O çox gülməli bir sözdür!”

Aslan yenədə güldü, o qədər güldüki qarnı ağrıdı. Sonra dedi : “Aaaaaah! O çox gülməli idi”.

Ondaki gülməyi bitdi balaca sıçana dedi :“Baş üstə, indiki sən elə gülməlisən (komık), mən sənə icazə verirəm gedəsən. Amma daha birdə mənim kürəyimdə yerimə”.








Elə onu dedi və balaca sıçanı qoydu yerə və sıçanın qaçmasına baxdı.

Günlərin bir günü, bir il ondan sonra, aslan cəngəllikdə dolanırdı ki birdən bir şey onu çəkdi üstə və ağacdan aslandırdı. O birdənə ovçu toru idi və aslanda o tora duşmuşdür.

O qışqırırdı :“Kömək! Kömək! Bir nəfər mənə tez kömək etsin!”


Təsadüfən balaca sıçanda ordan gedirdi ki aslanın qışqırığın eşitdi.

Sıçan özü özunə dedi : “Elə bil bir nəfər kömək istəyır”, və özun tez ora yetirdi. Göyə bir baxdı və ...

Soruşdu : "Sən həmən aslan dəyilsənki məni yemədin? Ona baxmayaraq ki aslan çətin vəziyyətdə idi, amma balaca sıçanı tanıdı.
O hirsli və vahiməli olaraq dedi : “O mənəm, tez ol, indi sənin şansındı ki mənə kömək edəsən. Qaç və yardımcı gətir”.

Amma balaca sıçan ovçuların ayağlarının səsin eşıdirdi ki yaxınlaşırlar. Sıçan dedi : “Daha yardımcı gətirməyə vaxt yox”. O bir saniyə fikirləşdi döndü bir çiltık çaldı dedi : “Tapmışam, mən səni özüm qurtaracam”.

Aslan dedi : “Nə? Ağlın hara gedip? Necə bir balaca sıçan məni bir yekə tordan qurtara bilər?”

Amma aslan danışa danışa sıçanda çıxdı ağacın üstünə və başladı toru çeynəməyə. Sıçan toru çeyniyə çeyniyə deyirdi indi qurtarar. Ovçularında səsi yaxınlaşırdı...


Birdən torun kəndirləri qırıldı və aslan azad oldu. Aslan qalxdı ayağa və ucadan bir nə'rə çəkdi, ovçular hamısı qorxudan qaçdılar. Eləki ovçular getdilər aslannan sıçan əl ələ verdilər.

Sıçan dedi : “Gördün? Mən sənə demişdim bir gün sənə kömək olaram!”

Aslan dedi :“Mən çox sevinirəmki səni o gün yemədim. Nə yaxcı o gün o söz sənin fikrivə yetişdi tez”.

O gündən sonra, balaca sıçannan aslan yoldaş oldular və hər zaman aslanın kürəyi qaşınseydı balaca sıçan onun kürəyində dolanardı.

Son

Qaynağ: http://pbskids.org/lions/mouse/

6 yorum:

Adsız dedi ki...

سیزین ایشیز چوخ چوخ دیرلی دیر.تانریدان سیزه بویولدا اوغورلار آرزولورام .ادبیات و مدنیتیمیزین نه قدر کوکلو اولدوغونی گورستماغا چالیشیسیز.یولوز دواملی اولسون!

CHIC-HANDSOME dedi ki...

good year

Adsız dedi ki...

salam lar siza ..chokh sagholun ki mana bash vurduz ... allaruz aghrimasin .. weblogiz chokh gozaldi va ushaglara chokh mufid va dayarli bir weblogdi ki eliya bulallar bu weblogda oz dillarini lab iyi oyranalar

Adsız dedi ki...

salam
əlləriz var olsun gözəldir
elham xalada nağılı yaxşı söyləyir ancaq bir az siçan sözlüyünü ləhcə iylə deyir sizə uğurlar diləyirəm
cıqqılı baxca-da yeni səhifələri görə bilərsiniz

Adsız dedi ki...

sizin işiniz cok gözaldir
manada baş vurunn
araz1385şblogfaşcom

Adsız dedi ki...

araz1385.blogfa.com