26 Ocak 2007 Cuma

Böş Guldan

Salam uşağlar,

Bu həftənin nağılı bir Çin ölkəsindən olan oğlanın nağılıdır ki gül və ağac becərtməyi çox sevərdi və ondaki.....

Nağılı yazmamışdan əvvəl, uşağlar, sizə iki xəbərim var. Biri budur ki, Səməd əmi tərçümə edən nağılları İlhamə xalanın səsi ilə dinləyə bilərsiniz. Səyfənin sağ tərəfində “Həftə nağılı” qismətində səsli nağılı eşidə bilərsiniz.
Qabaq həftələrin nağılların eşıtmək üçün nağıl səyfəsinə baxın. İkinci xəbər, üşağlar, sizdən istəyirəmki nağıldan hər nə dərs öyrənsəniz e-mail ya baxış qismətində yazasınız. Lütfən imkanınız olsa e-mailnən oz fotolarınızdan birin göndərin. Hər nağılın sonunda uşağların baxışı və öyrəndiyi dərslər öz fotoları ilə yayınacaq. Amma nağıl:

Boş Güldan (
Səslı nağıl (MP3) سسلی ناغيل )

Çox keçmiş zamanda Çin ölkəsində Ping adında bir oğlan var idi . O gülləri çox sevərdi. O hərnə əksəydi, gül ya ağac, goyərərdi, elə bıl mö`cüzə idi!

O ölkədə hamı gülləri sevərdi və hər yerdə güllərin iyi havanı ətirləndirirdi.


O ölkənın padşahıda quşları və heyvanları sevərdi, amma hamıdan çox o gülləri sevərdi və oz baxcasına hər gun gedərdi.

Amma o şah çox qoca idi və istəyirdi ozundən sonraya bir şah seçsin. O bütün uşağlara dedi ki gəlsinlər onun sarayına ,çünki hər üşağa bir məxsus toxum verəcək.

Padşah deyirdi: "Hər kəs bir ildən sonra lap yaxşı gülü gətirsə o məndən sonra şah olacaq".

Bu xəbər ölkənin uşağların çox sevindirdi və üşağlar sevinə sevinə gedirdilər saraya ki padşahdan gül toxumu alsınlar.

Ondaki Ping padşahdan öz toxumun aldı o uşağların hamısından çox sevinirdi. O əmın idi ki o ən gözəl gül göyərdəcək.

Ping bir güldanı yaxşı torpağnan doldurdu və ehtiyatla gül toxumun əkdi. O hər gün ona su verirdi. O dözə bilmirdi ki o toxum göyərsin, boyüsün və bir gözəl gül açsın.
Günlər bir birinin dalıyca geçdilər, amma güldandan bir şey göyərmədi. Ping çox nigaran idi. O bir ayrı yekə güldan tapdı və onu təzə qara torpagnan doldurdu və gül toxumun yeni güldanda əkdi.

İki ayda Ping dözdü, amma yenədə bir xəbər olmadı. Bir il geçdı və toxum göyərmədi.
Yaz gəldi, hamı uşağlar lap yaxşi paltarların geyindilər və getdilər padşahın yanına. Onlar öz gozəl gülləri ilə səhər tezdən saraya gedirdilər ki bəlkə seçilsinlər.

Ping öz boş guldanına görə utanırdı. O özü özunə deyirdi uşağlar ona güləcək, o toxumu əvvəl dəfədən goyərdə bilməyib. Onun ağıllı dostu əlində bir yekə gül gəldi və dedi:




Ping! Sən doğurdan istəmırsən padşahın yanına boş güldannan gedəsən? Sən menim gulum kimi gul goyərdə bimədin?

Ping dedi: "Mən indiyə qədər çox gül becərtmişəm ki sənin gülündəndə gözəl idilər. Ancaq bu toxumdu kı goyərmir".

Pingin atası onun sözün eşidib dedi: "Sən başardığıvı bu toxuma elədin, və sənin elədıklərividə şahın yanına aparmaq üçün yetər".

Ping atasının sözünə baxıb , boş güldanı əlinə alıb və saraya getdi. Padşah bir bir güllərə baxırdı. Nədə gözəl güldülər!

Amma padşah özün tutmuşdu və bır söz demirdi. Hamıdan sonra o Pingin yanına yetişdi. O soruşdu: "Bəs sən niyə boş güldan gətirmisən?"
Ping ağladı və dedi: "Mən sən verən toxumu əkdim və hər gün ona su verdim, amma o goyərmədi. Mən onu bir torpagi yaxşi olan bir güldana qoydum, amma yenədə o göyərmədı! Mən ona bir il baxdım, amma bir şey göyərmədi. Ona görə mən bu gün bir boş güldannan gəlmişəm. Mənim əlimnən gələn bu qədər idi".
Onda ki padşah o sözləri eşitdi, üzü bir gülümsədi. Sonra üzün tutdu hamıya dedi: "Mən o adam ki şah ola bilər tapdım!" O üzün tutdu ayrı uşağlara dedi: "Mən bilmirəm siz bu gullərin toxumun hardan almısınız. O toxumlarki mən sizə vermişdim hamısı bişirilmişdi və onların göyərməsinə imkan yoxdur. Mən Pingin cəsarətini, mənim yanıma düz və boş güldanla gəlməsini çox xoçladım və onun mukafatına bu ölkənin şahlığını verirəm".

Son

Uşağlar, bu nağıldan biz nə öyrənə bilərik?

Qaynaq:
http://pbskids.org/lions/seed/