4 Nisan 2007 Çarşamba

Kömek

Salam uşağlar,
Bu həftənin nağılı kömək dır:

Kömək (Səslı Nağıl - سسلی ناغيل)

Geçmiş zamanlarda bir balaca qırmızı toyuq var idi və o bir fermada yaşayırdı. O toyuğun yoldaşları bir balaca qara it, bir yekə narıncı pişik, və bir balaca sarı qaz idi.


Bir ğün, qırmızı toyuq bir neçə buğda dəni tapdı. O özü özunə fikirləşdi “Mən bu buğdalardan çörək bişirə bilərəm”.



Balaca qırmızı toyuq yoldaşlarına dedi: “Kim mənə kömək edəcək bu buğdaları əkim?”
Balaca qara it dedi: “Mənki yox!”
Yekə narıncı pişik dedi: “Mənki yox!”
Balaca sarı qazda dedi: “Məndə yox!”
Onları eşidib balaca qırmızı toyuq dedi: “Onda özüm əkəcəyəm”
Onu deyib və kimsədən kömək almamış toyuq özü buğdaları əkdi.



Eləki buğdalar yetişdi qırmızı toyuq soruşdu: “Kim mənə kömək edəcək bu buğdaları biçim?”
Qara it dedi: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qazda dedi: “Məndə yox!”
Qırmızı toyuq dedi: “Onda özüm onları biçərəm!” Onu dedi və özü tək buğdaları biçdi, heç kimdəndə kömək almadı.



Toyuq daha yorulmuşdu və soruşdu: “Kim mənə kömək edəcək buğdaları dəyirmana aparim və onları dartım un eləyim?”
Qara it dedı: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qaz dedi: “Məndə yox!”
Yorğun toyuq dedi: “Onda onuda özüm edərəm!” Onu dedi və buğdaları apardı dəyirmana və onları dartdı un elədi heç kimden də kömək almadı.




Balaca qırmızı toyuq ki daha çox çox yorulmuşdu, soruşdu: “Kım mənə kömək edəcək çörək bişirım?”
Qara it dedi: “Mən yox!”
Narıncı pişik dedi: “Mən yox!”
Sarı qaz dedi: “Məndə yox!”
Çox çox yorğun olan qırmızı toyuq dedi: “Onda özüm bişirərəm!” Onu dedi və kimsədən kömək almamış çörəkləri bişirdi.



İsti təzə çörəklərin çox yaxşı iyi gəlirdi. Balaca qırmızı toyuq soruşdu, “İndi kim mənə kömək edəcək bu çörəkləri yeyim?”
Qara it dedi: “Mən kömək edəcəm!”
Narıncı pişik dedi: “Mən kömək edəcəm!”
Sarı qaz dedi: “Məndə kömək edəcəm!”
Balaca qırmızı toyuq hirslənərək dedi: “Yox, siz kömək eləmiyəcəksizniz. Onuda mən özüm edəcəm!”
Onu dedi və çörəyi kimsədən kömək almamış özü yedi.

Son


Qaynaq: http://pbskids.org/lions/help/

1 yorum:

Adsız dedi ki...

منیمم ائل قارداشیم ، یول یولداشیم
اللریون آغریماسین
ساق اولاسان