1 Ağustos 2007 Çarşamba

Ekinçi Kenin Tapmacası

Salam əziz uşağlar,

Lap əvvəldə sizdən uzun müddət olmadığımıza göre üzürlər istəyirik.

Sizə bu həftə bir nağıl hazırlamışıq adıda “Əkinçi Kenin Tapmacası”dır:

Əkinçi Kenin Tapmacası (Səslı Nağıl (MP3) سسلی ناغيل)


Uşağlar bu nağıl bir tapmacadır. Sizdən istəyirik ki nağıl başa çatmadan siz bu tapmacanın cavabını tapasınız.

Mən bir əkinçiyəm və adım Ken dır. Mənim bir pişiyim, bir kisə buğdam, və bir dənədə ac xoruzum var…

Mən istəyirəm ki çayın obiri tayına gedim, amma bir balaca qayığım var və o qayiqnan ancaq onların birini apara bilərəm.

Əgər pişiknən xoruz qalsa, əvvəl buğdanı aparsam, onda mənim bu balaca xoruzumu pişik yeyəcək!

Əgər əvvəl pişiyi aparsam, xoruznan buğdalar qalsa, onda xoruz buğdalari yeyəcək!

Bir baxıram pişiyimə, buğda kisəmə və xoruzuma. Gərək onları bir bir aparam. Amma…

Amma kim əvvəl getsin? Bilmirəm! Bəs mən neyleyim?

Uşağlar siz Ken ə kömək edə bilərsiniz? Baxın gorun ne edim:

Mən qərar qoydum əvvəl xoruzu aparım çayın o tayına. Onu keçirtdim çayın o tayına gəldim.

İndi hansını aparım? Yenədə bilmirəm! Bəs mən ne edim?

Bu dəfə pişiyi çayın obiri tayına apardım. Amma pişik xoruzu yeyər və mən qalaram pis günə!


Yox olmadı, onda əvvəldən başlayım pişiyi, buğda kisəsin və xoruzu çaydan keçirdim.

Bu dəfə əvvəl pişiyi apararam çayın o tayına. Yox, yox, yenədə olmaz.

Onda xoruz buğdanı yeyər yazıq olaram.

Oda olmadı, birdə əvvəldən gərək pişiyi, buğda kisəsin və xoruzu keçirdim çayın o tayına.


Bu dəfə əvvəl xoruzu çaydan keçirdərəm. Uşağlar mənə kömək edin indi kimi aparım?

İkinci pişiyi aparıram və sonra…

Bəli sonra xoruzu götürüb gəlirəm buğda kisəsinin yanına.

Gəlib bu tayda buğda kisəsin götürüb xoruzu qayıqdan düşürdürəm yerə.

Buğdanı aparıb pişiyin yanına düşürdüb gəlirəm xoruzuda aparıram onların yanına.

Heyyyyyyyyy, sonunda tapdığ tapmacanın cavabını!!!!!!!!!!

Uşağlar sızdə Ken ə komək etdiniz ya yox?

Son


Qaynaq: http://pbskids.org/lions/farmer/story8.html

Hiç yorum yok: