Böş Guldan
Salam uşağlar,
Nağılı yazmamışdan əvvəl, uşağlar, sizə iki xəbərim var. Biri budur ki, Səməd əmi tərçümə edən nağılları İlhamə xalanın səsi ilə dinləyə bilərsiniz. Səyfənin sağ tərəfində “Həftə nağılı” qismətində səsli nağılı eşidə bilərsiniz.
Boş Güldan (Səslı nağıl (MP3) سسلی ناغيل ) Çox keçmiş zamanda Çin ölkəsində Ping adında bir oğlan var idi . O gülləri çox sevərdi. O hərnə əksəydi, gül ya ağac, goyərərdi, elə bıl mö`cüzə idi!
O ölkədə hamı gülləri sevərdi və hər yerdə güllərin iyi havanı ətirləndirirdi.O ölkənın padşahıda quşları və heyvanları sevərdi, amma hamıdan çox o gülləri sevərdi və oz baxcasına hər gun gedərdi.
Amma o şah çox qoca idi və istəyirdi ozundən sonraya bir şah seçsin. O bütün uşağlara dedi ki gəlsinlər onun sarayına ,çünki hər üşağa bir məxsus toxum verəcək. Padşah deyirdi: "Hər kəs bir ildən sonra lap yaxşı gülü gətirsə o məndən sonra şah olacaq".
Bu xəbər ölkənin uşağların çox sevindirdi və üşağlar sevinə sevinə gedirdilər saraya ki padşahdan gül toxumu alsınlar. Ondaki Ping padşahdan öz toxumun aldı o uşağların hamısından çox sevinirdi. O əmın idi ki o ən gözəl gül göyərdəcək.
Ping bir güldanı yaxşı torpağnan doldurdu və ehtiyatla gül toxumun əkdi. O hər gün ona su verirdi. O dözə bilmirdi ki o toxum göyərsin, boyüsün və bir gözəl gül açsın.Günlər bir birinin dalıyca geçdilər, amma güldandan bir şey göyərmədi. Ping çox nigaran idi. O bir ayrı yekə güldan tapdı və onu təzə qara torpagnan doldurdu və gül toxumun yeni güldanda əkdi.
İki ayda Ping dözdü, amma yenədə bir xəbər olmadı. Bir il geçdı və toxum göyərmədi. Yaz gəldi, hamı uşağlar lap yaxşi paltarların geyindilər və getdilər padşahın yanına. Onlar öz gozəl gülləri ilə səhər tezdən saraya gedirdilər ki bəlkə seçilsinlər.
Ping öz boş guldanına görə utanırdı. O özü özunə deyirdi uşağlar ona güləcək, o toxumu əvvəl dəfədən goyərdə bilməyib. Onun ağıllı dostu əlində bir yekə gül gəldi və dedi:

Ping dedi: "Mən indiyə qədər çox gül becərtmişəm ki sənin gülündəndə gözəl idilər. Ancaq bu toxumdu kı goyərmir".
Pingin atası onun sözün eşidib dedi: "Sən başardığıvı bu toxuma elədin, və sənin elədıklərividə şahın yanına aparmaq üçün yetər".

Amma padşah özün tutmuşdu və bır söz demirdi. Hamıdan sonra o Pingin yanına yetişdi. O soruşdu: "Bəs sən niyə boş güldan gətirmisən?"


Son
Uşağlar, bu nağıldan biz nə öyrənə bilərik?
Qaynaq: http://pbskids.org/lions/seed/